Kürdəmirdə pambıqçılıqla yanaşı, baramaçılığın inkişafı istiqamətində də tədbirlər görülür - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Kürdəmirdə pambıqçılıqla yanaşı, baramaçılığın inkişafı istiqamətində də tədbirlər görülür

Kürdəmirdə 2016-cı ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Economic.az AZƏRTAC  istinadən xəbər verir ki, hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov ötən üç ayda əldə olunan nailiyyətlərdən danışıb.

İstər hesabat məruzəsində, istərsə də çıxışlarda cari ilin ilk üç ayının Kürdəmir rayonunda da bir sıra uğurlarla başa çatdığı vurğulanıb. Bildirilib ki, ilin birinci rübündə ümumi məhsul buraxılışı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz artaraq, 65 milyon 526,3 min manata çatıb.

Taxılçılıq Kürdəmirdə aqrar sektorun aparıcı sahələrindəndir və rayonda 39 min 251 hektarda taxıl əkilib. Hesabat dövründə sahələr 1,6 dəfə suvarılıb, 12 min hektardan çox sahədə ziyanvericilərə qarşı kimyəvi mübarizə aparılıb, 32 min 400 hektara üzvi və mineral gübrələr verilib. Biçinə hazırlıq işləri aparılır.

Cari il üçün 1844 hektarda pambıq əkini planlaşdırılıb və hazırda çiyid səpini davam etdirilir. Pambıqla yanaşı, ixracyönümlü məhsul olan baramaçılığın da inkişafı istiqamətində tədbirlər görülür.

Yığıncaqda rayonda heyvandarlığın inkişafında dinamik artımın davam etdiyi diqqət çatdırılıb, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin görüldüyü bildirilib.

Məruzə və çıxışlarda tikinti-quruculuq işlərindən, sosialyönümlü layihələrin həyata keçirilməsindən də bəhs olunub. Vurğulanıb ki, dövlətimizin başçısının Sərəncamı ilə ayrılan vəsait hesabına 21 ədəd çoxmənzilli yaşayış binasında əsaslı təmir işləri aparılır. Doqquz yaşayış məntəqəsinə təbii qazın verilməsi təmin olunub.

Hesabat yığıncağında qarşıda duran məsələlər də ciddi müzakirə edilib. Bildirilib ki, rayonda iqtisadiyyatın ayrı-ayrı sahələrində dinamik inkişaf meyillərinin saxlanılması, mövcud potensial imkanlardan maksimum səmərəli istifadə edilməsi, sahibkarlara hərtərəfli qayğı göstərilməsi, əhalinin məşğulluğunun artırılması xüsusi diqqət mərkəzində olacaq.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top