Kubanıçbek Ömüralıyev: TDT sadəcə Türk bölgələrində deyil, dünya miqyasında sülh, sabitlik və rifahın təşviqinə sadiqdir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Kubanıçbek Ömüralıyev: TDT sadəcə Türk bölgələrində deyil, dünya miqyasında sülh, sabitlik və rifahın təşviqinə sadiqdir

İstanbul, 13 avqust, Günel Karatepe, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev Macarıstanda keçirilən Doqquzuncu Böyük Hun-Türk Qurultayında iştirak edib.

Bu barədə AZƏRTAC-a TDT-dən məlumat verilib.

Qeyd edilib ki, “Macar-Turan” Beynəlxalq Fondunun sədri Andraş Biro tərəfindən təşkil edilən qurultayda Macarıstan rəsmiləri, parlament üzvləri, TDT-yə üzv və müşahidəçi dövlətlərin Budapeştdə akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri, türkdilli ölkələrin, eləcə də türk əməkdaşlıq təşkilatlarının Macarıstan üzrə sədrləri və digər yüksək vəzifəli şəxsləri iştirak ediblər.

Çıxışında Türk xalqlarının böyük irsinin tanıdılması baxımından böyük əhəmiyyət kəsb edən bu qurultayın təşkilatçılarına təşəkkürünü ifadə edən TDT-nin baş katibi mərasimdə dünyanın fərqli bölgələrindən türkdilli xalqların 27-dən çox nümayəndəsinin iştirak etdiyini deyib.

Bildirilib ki, bu tədbir beynəlxalq təhlükəsizlik problemləri, münaqişələr, siyasi, sosial-iqtisadi böhranların aradan qaldırılması üçün həmrəyliyin və birliyin gücləndirilməsinin zəruriliyini bir daha vurğulayır. TDT-də bu prinsiplərə əsaslanaraq sadəcə Türk bölgələrində deyil, dünya miqyasında sülh, sabitlik və rifahın təşviqinə sadiqdir: “Bu tədbir eyni zamanda tarixi ənənələrin qorunmasının bayramıdır və qədim Türk köçəri mədəniyyətlərinin canlandırılmasına xidmət edir, böyük əcdadlara hörmətin əlamətidir. Bu baxımdan həmrəylik, qarşılıqlı hörmət və əməkdaşlıq əbədi dəyərlərin qorunması üçün olduqca vacibdir”.

Baş katib Macarıstanın Türk dünyasının bir hissəsi kimi ölkələrimiz arasında əməkdaşlıq və həmrəyliyin gücləndirilməsinə böyük töhfə verdiyini, eləcə də TDT-də müşahidəçi dövlət olaraq strateji əhəmiyyətə malik olduğunu qeyd etdi.

Sonra Kubanıçbek Ömüralıyev qurultay çərçivəsində təşkil olunan Türk Dünyası Mədəniyyət Forumunda iştirak edib.

Qurultayın proqramına genişmiqyaslı arxeoloji və antropoloji sərgi, süvari qoşunlarının keçidi, türkdilli ölkələrinin incəsənət nümayəndələrinin ifasında musiqili və digər mədəni proqramlar, eləcə də idman tədbirləri daxil olub.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top