Kredit götürmək istəyənlər: faizlər aşağı salınır - VİDEO - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Kredit götürmək istəyənlər: faizlər aşağı salınır – VİDEO

Kredit alarkən insanların ən çox şikayətləndiyi yüksək bank faizləri aşağı enə bilər. Çünki bankların mənfəət vergisindən azad olunması ilə bağlı hökümətə təklif göndərilib. Ekspertlər bildirir ki, bu təklif reallaşarsa bank sistemində yeni canlanma yaranacaq.

Economic.az xezerxeber.com-a istinadən bildirir ki, bankların təqdim etdiyi bütün kreditlərdə faiz dərəcələri aşağı düşə bilər. Bu bankların 20 faizlik mənfəət vergisindən azad olunması ilə reallaşa bilər. Vergilər naziri Fazil Məmmədov mətbuat açıqlamsında bu təklifin hökümət tərəfindən müzakirə olunduğunu açıqlamışdı. Ekspertlər isə bildirirlər ki, belə bir addım atılarsa bu bir çox müsbət nəticələrə gətirib çıxaracaq.

Təklif qəbul olunarsa bankların digər problemlərinin həllində də müsbət rol oynaya bilər. Ekspert Ruslan Atakişiyev bildirir ki, banklar devalvasiyadan qabaq daha çox xarici valyuta ilə kreditlər cəlb etmişdilər. Buna görə də hazırda bankların öz borc öhdəliklərini yerinə yetirməsində də ciddi problemlər var.

Ekspertlər bildirir ki, 20 faiz həcmində olan mənfəət vergisi bankların dövlətə ödədiyi və çox böyük həcmdə maliyyə vəsaitidir. Hökümət bu vergini banklara güzəştə gedərsə banklar qısa zamanda öz maliyyə vəziyyətlərini bərpa edə və sabitliyə nail ola bilərlər.

Milli.Az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top