
Kral III Çarlzın tacqoyma mərasimindəki tortu türk şirkəti hazırlayıb – FOTO
Britaniya kralı III Çarlzın tacqoyma mərasimi üçün hazırlanan tort “Ülker” ailəsinə məxsus olan və bir çox kral tədbirlərində kəsilən tortların müəllifi olan “McVitie’s” şirkəti tərəfindən ərsəyə gəlib.
Bu barədə “Yıldız Holdinq”in İdarə Heyətinin sədri Ali Ülkər açıqlama verib.
İngiltərə Kralı III Çarlzın Londondakı tarixi Vestminster abbatlığında keçirilən tacqoyma mərasimində təmsilçi kimi Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay da iştirak edib.
Mərasimdə hazırlanan tort isə türk firmasına məxsus olub.
“Ülker” ailəsinin 2014-cü ildə təxminən 3 milyard dollara satın aldığı “United Biscuit” İngiltərə tarixinə imza atmağa davam edir. “United Biscuit”in flaqman markalarından biri olan və kral ailəsinin şirniyyatçısı kimi tanınan “McVitie’s” bu dəfə də kral ailəsinin tacqoyma mərasiminə damğasını vurub.
“McVitie’s” Kraliça Elizabetin doğum günləri də daxil olmaqla bir çox tədbirlərdə tortların hazırlanmasının həvalə olunduğu şirkətdir.
“Ülker” özünün “LinkedIn” səhifəsində bununla bağlı paylaşım edib.
“Aşpaz Robert Craggs tərəfindən keçmiş illərdə hazırlanmış kral tortlarından ilhamlanaraq ərsəyə gətirilmiş bu tort tacqoyma mərasimlərinə xas olan kraliyyət simvollarından ibarətdir. Kraliyyət tarixçisi və mükafata layiq görülmüş iki şirniyyatçı ilə əməkdaşlıq şəraitində hazırlanan meyvə tortunun üstündə xüsusi bəzəklər də var. Bu tarixi gündə yüzlərlə qonağa təqdim edilən tortun memarları olan “McVitie’s” komandasını təbrik edirəm. Belə mühüm tarixi günün bir hissəsi olmaq möhtəşəm duyğudur”, – deyə o qeyd edib.
Mənbə: Haber Global
BƏNZƏR MƏQALƏLƏR
-
Hamiləlik zamanı çatışmazlığı uşaqda şizofreniyaya səbəb ola biləcək vitamin açıqlandı – FOTO
Alimlər hamiləlik zamanı çatışmazlığı uşaqda şizofreniyaya səbəb ola biləcək vitamini müəyyən ediblər. Məlum olub ki, “D” […]
-
Rusiyada qətliam kimi qəza: Yük maşını işıqforda dayanan maşınları “biçdi” – FOTO/VİDEO
Rusiyanın Moskva vilayətində beş maşının toqquşması ilə nəticələnən dəhşətli qəza baş verib. Mıtışi şəhərində baş […]
-
Britni Spirs illər əvvəl “ən təhlükəli heyvan” adlandırdığı anasını bağrına basdı – FOTO
Amerikalı müğənni Britni Spirs qəyyumluq qalmaqalından sonra anası ilə ilk görüşündən danışıb. Bu barədə özünün […]