“Kooperativ idmanın inkişafı Assosiasiyalarının Moskva yay oyunları”na start verilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Kooperativ idmanın inkişafı Assosiasiyalarının Moskva yay oyunları”na start verilib

Bakı, 18 avqust, AZƏRTAC

Rusiyanın Moskva şəhərində “Kooperativ idmanın inkişafı Assosiasiyalarının Moskva yay oyunları”na start verilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yarışlardan əvvəl oyunların açılış mərasimi keçirilib və komandaların paradı başa tutub.

Qeyd edək ki, beynəlxalq turnirdə 22 ölkənin təmsilçiləri müxtəlif idman növlərində mübarizə aparırlar. Yarışlarda ölkəmizi Gənclər və İdman Nazirliyinin, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, “Azərbaycan Hava Yolları”nın və Dövlət Neft Şirkətinin əməkdaşları təmsil edirlər.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top