Konfrans Liqası: Bu gün “Zirə” və “Sabah” komandaları III təsnifat mərhələsində ilk görüşlərini keçirəcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Konfrans Liqası: Bu gün “Zirə” və “Sabah” komandaları III təsnifat mərhələsində ilk görüşlərini keçirəcək

Bakı, 8 avqust, AZƏRTAC

Avqustun 8-də “Zirə” və “Sabah” komandaları UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyunlarını keçirəcək.

AZƏRTAC xəbər verir ki, hər iki təmsilçimiz matçlarını səfərdə oynayacaq.

Əvvəlcə meydana “Zirə” komandası çıxacaq. “Qartallar” Xorvatiyada “Osiyek”in qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

“Sabah” isə “Sent Patriks Atletik” (İrlandiya) kollektivi ilə üz-üzə gələcək. Dublində keçiriləcək qarşılaşmanın start fiti 22:45-də səslənəcək.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, ilk oyun

22:00. “Osiyek” – “Zirə”

Baş hakim: Aristotelis Diamantopoulos (Yunanıstan).

22:45. “Sent Patriks Atletik” – “Sabah”

Baş hakim: Vilhyalmur Torarinsson (İslandiya)

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 15-də Bakıda təşkil olunacaq.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top