Kommunal xərclərin ödənilməsi necə aparılmalıdır?
“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, kommunal xərclərin ödənilməsi üzrə hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Economic.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, kommunal xidmət haqlarını nağd qaydada qəbul edən şəxsə əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Eyni zamanda, Mənzil Məcəlləsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir.
Qeyd edilənlərə əsasən, Mənzil Məcəlləsinin 136.4-cü maddəsinə uyğun olaraq kommunal xidmətlərə aid edilən kommunal xərclərin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Bundan başqa, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergiödəyicisinin vəzifələrinə aid edilib.
BƏNZƏR MƏQALƏLƏR
-
Vergi borcları hansı hallarda silinə bilər?
Vergilər Məcəlləsinə 2022-ci ilin yanvarın 1-dən edilmiş dəyişikliyə əsasən, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə […]
-
Gecikən bəyannamələrə 40 manat maliyyə sanksiyası tətbiq ediləcək
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib. Economic.az verir ki, müraciətdə deyilir ki, […]
-
ƏDV – dən azad olunan yem və yem əlavələrinin siyahısı təsdiqlənib
“Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem […]