
Komitə sədrindən su ilə bağlı təklif: “İçməli su ilə suvarma suyu fərqli qiymətdə olmalıdır”
“Azərbaycanda sudan istifadədə itki yüksək olaraq qalır. Suya qənaət və mövcud su ehtiyatlarından səmərəli istifadə zəruridir”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.
O qeyd edib ki, Səhiyyə Nazirliyindən alınan məlumata əsasən, 26 rayondan 402 su nümunəsi götürülüb.
Deputat bildirib ki, su probleminin həlli ilə bağlı ciddi islahatlar aparılmalıdır.
“Təklifimiz budur ki, əhaliyə içməli su bir qiymətə, suvarma üçün su isə başqa qiymətə satılsın. Bu da sudan istifadənin səmərəliliyinin artırılmasına şərait yaradacaq.
Hesab edirik ki, Gürcüstan və Türkiyə ilə Kürdən istifadəyə dair əməkdaşlıq edilməli və ortaq işlər görülməlidir”, – deyə Sadiq Qurbanov bildirib.
BƏNZƏR MƏQALƏLƏR
-
“Leş avtomobillər”, 1 milyardlıq metal qırıntısı: Yeni qadağadan necə ziyansız çıxmalı? – MÜSAHİBƏ + FOTO
Baş nazir Əli Əsədovun imzaladığı qərarla zavod buraxılış tarixi 10 ildən çox olan minik avtomobillərinin […]
-
Laçın şəhəri, Zabux və Sus kəndlərində tikinti-quruculuq işlərinə dair son vəziyyət açıqlanıb – FOTO
“Laçın şəhərinin ərazisində yeraltı kommunikasiya xətlərinin çəkilişi bitib”. Bunu APA-nın Laçına ezam olunan xüsusi müxbirinə açıqlamasında […]
-
Banklardakı depozit gəlirlərinin vergiyə cəlb edilməsi əmanətlərin azalmasına təsir etdi – FOTO
Banklardakı depozit gəlirlərinin ötən aydan etibarən vergiyə cəlb edilməsi əhalinin banklardakı əmanətlərinin həcmində azalmaya səbəb […]