
KOBİA sahibkarlara müraciət etdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sahibkarlıq fəaliyyətini genişləndirmək, yeni məhsul və xidmətlər yaratmaq istəyən KOB subyektləri müvafiq sahədə daxili bazarın araşdırılması üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər. Bunun üçün KOB-lar Agentliyin www.smb.gov.az internet saytındakı müvafiq ərizə formasını dolduraraq birbaşa və ya elektron qaydada müraciət edə bilərlər.
Bu barədə KOBİA məlumat yayıb.
Qeyd edək ki, istehsalın genişləndirilməsi, yeni məhsul və xidmətlərin yaradılması zamanı bazarın araşdırılması vacibdir. Bazar araşdırması sahibkara bazarın mövcud vəziyyəti, o cümlədən sahənin inkişaf dinamikası, istehsal və ixrac imkanları, lazım olan işçi qüvvəsi, satış, rəqiblər, sənədləşdirmə, istehlakçıların fikirləri, qiymət, dövlət dəstəyi tədbirləri və s. barədə dolğun məlumat verir. Bu isə biznesə başlamaq, yeni məhsul və xidmət istehsal etmək istəyən sahibkara bazar barədə ətraflı məlumat verməklə onu sonradan yarana biləcək risklərdən sığortalayır. KOB-ların bazar araşdırmasının aparılmasına çəkdikləri xərcin bir hissəsi dövlət dəstəyi hesabına qarşılanır. Belə ki, mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən ödənilir. Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği 20 min manata qədərdir. Bazar araşdırmasının aparılması üçün sahibkarlar fərdi və ya qrup halında müraciət edə bilərlər.
Daxili bazar araşdırması barədə ətraflı məlumat üçün bu linkə daxil ola bilərlər.
BƏNZƏR MƏQALƏLƏR
-
“On ay ərzində 21 sahibkarlıq subyektinə sənaye zonalarının rezidenti statusu verilib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “2023-cü ilin 10 ayında 21 sahibkarlıq subyektinə sənaye […]
-
Ələt Azad İqtisadi Zonasında karqo terminalları yaradılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Ələt Azad İqtisadi Zonasında karqo terminallarının yaradılması barədə […]
-
Bakıda Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Bakıda Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Kiçik və Orta […]