KOB Model Müəssisəsinin imkanlarından yararlanmaq istəyən sahibkarların nəzərinə – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

KOB Model Müəssisəsinin imkanlarından yararlanmaq istəyən sahibkarların nəzərinə – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sahibkarlar KOB Model Müəssisəsinin təlimlərinə qatılmaqla istehsal prosesində zəruri olan biliklərə yiyələnə, onları təcrübədən keçirə bilərlər.

Bu barədə KOBİA-dan Oxu.Az-a verilən məlumatda deyilir.

Bildirilib ki, Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən KOB Model Müəssisəsinin imkanlarından faydalanmaq istəyən sahibkarlar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) birbaşa ([email protected] və ya https://bit.ly/3xpwcX0), eləcə də model müəssisənin sosial media hesabları vasitəsilə müraciət edə bilərlər.

KOB Model Müəssisəsinin xidmətlərindən istifadə etmək istəyən sahibkarlıq subyektləri aşağıdakı tələblərə cavab verməlidirlər:

– KOB subyekti istehsalat ilə məşğul olmalıdır;

– İstehsalatda və istehsalatın idarə edilməsində müasir biliklərə yiyələnmək və tətbiq etmək istəyi olmalıdır.

Model Müəssisə tərəfindən keçirilən təlimlərdə isə sahibkarlarla yanaşı, aidiyyəti ixtisaslar üzrə təhsil alan tələbələr və bu fənləri tədris edən müəllimlər də iştirak edə bilərlər.

KOB Model Müəssisəsinin imkanlarından yararlanmaq istəyən KOB subyektlərinin agentliyə daxil olan müraciətləri müvafiq bazaya əlavə ediləcək və tələblərə cavab verən sahibkarlar təlim proqramına uyğun olaraq mərhələli şəkildə təlimlərə cəlb olunacaqlar. Hər təlim proqramı bir neçə moduldan ibarət olmaqla, qənaətli istehsal, resurslardan və xammaldan səmərəli istifadə, hazır məhsulun düzgün saxlanılması, istehsal prosesinin və vaxtın optimallaşdırılması, işçi qüvvəsinin istehsal prosesində bərabər paylaşdırılması və s. mövzuları əhatə edəcək. Təlimləri uğurla tamamlamış və müvafiq biliklərə yiyələnmiş şirkət nümayəndələrinə sonrakı mərhələlərdə də Model Müəssisənin heyəti və təlimçiləri tərəfindən dəstək davam etdiriləcək.

Qeyd edək ki, KOBİA tərəfindən beynəlxalq təcrübə araşdırılmaqla yaradılmış KOB Model Müəssisəsində ilkin planlaşdırmadan başlayaraq müəssisənin qurulmasına qədər real biznes prosesini əyani müşahidə etmək mümkündür. “Görmə, eşitmə və icra etmə” konsepsiyası əsasında fəaliyyət göstərən Model Müəssisə zəruri avadanlıqlarla təchiz olunub ki, bu da müasir texnoloji avadanlıqların fəaliyyətini əyani görməyə, istehsal prosesində resursa, vaxta və xərclərə qənaət üsullarını öyrənməyə imkan verir. Model Müəssisə tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top