Kiyev Vaşinqtonu F-16 pilotlarının təlim proqramını genişləndirməyə çağırıb
Bakı, 8 avqust, AZƏRTAC
Kiyev F-16 qırıcıları üçün pilot və texniklərin ABŞ-da təlim proqramını genişləndirməkdə maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresinin Nümayəndələr Palatasının nümayəndə heyəti ilə görüşündə deyib.
“Prezident əlavə hava hücumundan müdafiə vasitələrinin alınmasının vacibliyini, eləcə də ABŞ-da ukraynalı pilot və texniklər üçün təlim missiyalarının genişləndirilməsi zərurətini qeyd edib”, – deyə dövlət başçısının saytında bildirilib.
Avqustun 4-də Volodimir Zelenski Qərb müttəfiqlərinin F-16-ların ilk partiyasını Kiyevə verdiyini təsdiqləyib. Britaniyanın “The Economist” jurnalının yaydığı məlumata görə, Ukrayna 10 ədəd F-16 alıb və ilin sonunadək onların sayı 20-yə çatacaq. Ümumilikdə isə Ukraynaya zamanla 79 belə qırıcı verilə bilər.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]