Kir Starmer Co Baydenin səhhəti haqqında danışıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Kir Starmer Co Baydenin səhhəti haqqında danışıb

London, 12 iyul, AZƏRTAC

Britaniyanın Baş naziri Kir Starmer Vaşinqtonda keçirilən NATO sammitində Co Baydenlə ikitərəfli görüş keçirib.

AZƏRTAC xəbər verir ki, Kir Starmer “BBC” telekanalına müsahibəsində Co Baydenin səhhəti haqqında sualı cavablandırıb. Müxbir Baş nazirdən Prezident Baydenin yaşı ilə bağlı zehni qabiliyyətinin azaldığını müşahidə edib-etmədiyini soruşub.

Kir Starmer jurnalistin sualına “yox” cavabını verib. O, ABŞ prezidentinin həqiqətən yaxşı formada olduğunu deyib. Baş nazir qeyd edib ki, bir saatlıq şəxsi danışıqlarda və Ağ Evdə NATO liderləri üçün şam yeməyində iştirak edərkən Co Baydenin əqli cəhətdən çevik olduğunu müşahidə edib.

Kir Starmer Co Baydenlə təkcə Ukrayna məsələsi ilə deyil, bir çox strateji və beynəlxalq məsələ ilə bağlı müzakirələr apardığını və Baydenin bütün təfərrüatlar haqqında məlumatlı olduğunu deyib. Baş nazir amerikalı həmkarının inanılmaz liderlik nümayiş etdirdiyini də əlavə edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top