Kir Starmer Benyamin Netanyahu ilə telefon danışığı aparıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Kir Starmer Benyamin Netanyahu ilə telefon danışığı aparıb

London, 21 avqust, AZƏRTAC

Böyük Britaniyanın Baş Naziri Kir Starmer və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, hökumət başçıları atəşkəs və girovların azad edilməsi üçün diplomatik səyləri müzakirə ediblər. Kir Starmer İsrailin ABŞ-nin “körpü təklifinə” dəstəyini alqışlayıb və operativ hərəkət etməyin vacibliyini vurğulayıb. Liderlər bildiriblər ki, regional gərginliyin azaldılması hamının maraqlarına uyğundur.

Kir Starmer əlavə edib ki, Böyük Britaniya regional təhlükəsizliyi qorumaq üçün tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top