
Kioto Universiteti yaponların qanından alınan kök hüceyrələri satmağa başlayır
Bakı, 8 fevral, AZƏRTAC
Yaponiyanın Kioto Universiteti yaponların qanından alınan induksiya edilmiş kök hüceyrələrin (iPS hüceyrələri) satışına başlayıb. Onlardan müxtəlif orqanların toxumalarını yetişdirmək, həmçinin dərman preparatlarının hazırlanmasında istifadə etmək olar.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, qiyməti 50000 yen (təxminən 380 dollar) olan bir dəst təxminən 200 min kök hüceyrədən ibarətdir. Sifarişin hazırlanması və müştəriyə, o cümlədən xaricə göndərilməsi bir həftə çəkir.
“Ümid edirik ki, bizim təşəbbüsümüz müxtəlif tədqiqatların aparılmasına kömək edəcək, onların nəticələri xəstələrin müalicəsində istifadə olunacaq”, – Kyoto Universitetinin nümayəndəsi bildirib.
iPS hüceyrələri müəyyən kimyəvi təsirlər altında istənilən növ hüceyrələrə çevrilə bilər ki, bu da nəzəri olaraq müxtəlif orqanların toxumalarını inkişaf etdirməyə imkan verir. Lakin bir sıra mütəxəssislərin fikrincə, böyümüş toxumaların transplantasiyası bədxassəli şişlərin yaranmasına səbəb ola bilər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Dövlət Xidməti vəkilliyə namizədlər üçün təlim keçirib
Bakı, 27 fevral, AZƏRTAC İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü […]
-
Gəncə sakinlərindən silah və narkotik götürülüb
Gəncə, 27 fevral, Elcan Məmmədov, AZƏRTAC Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) 2-ci Polis Şöbəsinin […]
-
İranda vətəndaşlar aksiyaları, hakimiyyət isə edamları davam etdirir
Bakı, 27 fevral, AZƏRTAC Ölkə ərazisində sabitliyi təmin edə bilməyən İran hökuməti regionda təhlükəsizliyin təminatçısı […]