Kennedi seçki mübarizəsindən çəkildiyini və Donald Trampı dəstəklədiyini açıqlayıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Kennedi seçki mübarizəsindən çəkildiyini və Donald Trampı dəstəklədiyini açıqlayıb

Vaşinqton, 24 avqust, AZƏRTAC

ABŞ-da prezidentliyə müstəqil namizəd Robert Kennedi mübarizədən çəkilib və Respublikaçılar Partiyasının namizədi Donald Trampı dəstəklədiyini açıqlayıb. AZƏRTAC-ın məlumatına görə, məşhur ailənin üzvü olan R.Kennedi 2024-cü il seçkilərində 2 partiyanın mübarizəsi sistemini qırmağa çalışsa da seçki yarışında iştirak üçün lazımi dəstəyi qazana bilməyib. Onun seçkilərdə kimi dəstəkləməsi Pensilvaniyada məhkəmə müraciətində məlum olub. Arizonadakı çıxışından öncə məhkəməyə müraciət edən siyasətçi Donald Trampı dəstəklədiyini bəyan edib. O, seçkilərdən çəkildiyini açıqlayıb. Robert Kennedi ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur.

 

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top