Keçmiş məcburi köçkünlərə dəstək tədbirlərinin nə zamana qədər davam etdiriləcəyi açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı dəstək tədbirlərinin icrası onların öz doğma yurdlarına qayıdışı başa çatana qədər davam etdiriləcək.
Bu, Maliyyə Nazirliyinin “2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi” məlumatında əksini tapıb.
Qeyd edilib ki, düşmən işğalından azad edilmiş əzəli Azərbaycan torpaqlarına Böyük Qayıdış məqsədinin reallaşdırılması ortamüddətli dövrdə ölkənin milli xərc prioritetlərindən birini təşkil edəcək. Bu istiqamətdə 2022-2026-cı illərdə həyata keçirilməsi nəzərdə tutulan tədbir və layihələr “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapıb. Ortamüddətli dövrdə əhalinin dayanıqlı məskunlaşması üçün həmin ərazilərdə ilkin şəraitin yaradılması planlaşdırılır.
Beləliklə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları əsasında yaşayış və qeyri-yaşayış komplekslərinin inşası davam etdiriləcək. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək və turizm infrastrukturu bərpa olunacaq.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]