® “Kapital Bank” istiqrazlarının 2-ci tranşının abunə yazılışına start verilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

® “Kapital Bank” istiqrazlarının 2-ci tranşının abunə yazılışına start verilib

Xəbər verdiyimiz kimi “Kapital Bank”ın 100 milyon manat həcmində olan istiqraz emissiyasının 50 milyon manat həcmində olan ilk tranşının yerləşdirilməsi yekunlaşıb.

İyunun 13-də isə istiqrazların 50 milyon manat həcmində 2-ci tranşı premium bazar seqmentində listinqə daxil edilib. İstiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı ilə həyata keçiriləcək. İyunun 14-də başlanılan abunə yazılışı 5 iş günü ərzində davam edəcək və iyunun 25-də yekunlaşacaq. İstiqrazlar üzrə yerləşdirmə iyunun 27-də baş tutacaq.

Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 10 faiz, ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 1 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top