Kanadada meşə yanğını başlayıb - neft bahalaşır - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Kanadada meşə yanğını başlayıb – neft bahalaşır

Neft qiymətləri cümə axşamı bahalaşmaqda davam edib. Bazar iştirakçıları bahalaşmanı Kanadada başlayan meşə yanğını ilə əlaqələndirirlər.

Kanadanın Alberta vilayətində böyük meşə yanğını zamanı təqribən 90 000 insan qaçmağa çalışıb. “Qırmızı Xaç”-ın verdiyi məlumata görə, bu, vilayətin tarixində ən böyük yanğındır. Ərazi isə neft istehsalı ilə məşhurdur. “Bloombergin” verdiyi məlumata əsasən isə “Shell” firması artıq yanğına görə istehsalını dayandırıb.

Bu səbəblə, dünya əmtəə birjalarında da neftin bir barel qiyməti bahalaşmağa başlayıb. Hal-hazırda Amerikanın WTI markalı neftinin bir barel qiyməti dünya bazarlarında 44.60 dollara təklif edilir.

Çərşənbə günü Amerikanın neft ehtiyatları ilə bağlı açıqladığı məlumatlardan sonra WTI neftinin qiyməti 43.21 dollara kimi ucuzlaşmışdı.

ABŞ-ın enerji informasiya adminstrasiyasının (EIA) çərşənbə günü verdiyi məlumata əsasən, ABŞ-ın kommersiya məqsədli neft ehtiyatı keçən həftə ərzində gözləniləndən daha çox, yəni 2.8 milyon barel artaraq, 543.4 milyon barelə çatıb. Bu isə 1982-ci ildən etibarən ən yüksək səviyyədir. Analitiklər isə yalnız 1.7 milyon barellik artım gözləyirdilər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top