
Kanada pul əskinaslarını dəyişəcək
Kanada Bankı 20 dollarlıq əsginasların üzərindəki təsviri dəyişəcək.
Bu barədə Kanadanın baş naziri Castin Trüdo bildirib. O, banka əskinasların yenilənməsi barədə göstəriş verib.
Məlumata görə, artıq dəyişiklik mərhum kraliça II Elizabetin təsvirinin yeni kral III Çarlzın partreti ilə əvəzlənməsindən ibarət olacaq. Bildirilir ki, kraliçanın şəkli Kanada sikkələrinin üz hissəsindən də silinəcək və Kanada Kral Sikkəxanası onu III Çarlzın portreti ilə əvəz edəcək.
Qeyd olunur ki, ölkədə sikkələr 70 ildən sonra ilk dəfə yenilənəcək.
Xatırladaq ki, Kanadada 5, 10, 20, 50 və 100 Kanada dolları nominalları dövriyyədədir. Ölkə əskinaslarında II Elizabetin təsviri ilk dəfə 1935-ci ildə, Kraliça hələ səkkiz yaşlı şahzadə ikən peyda olub. Onun portreti 1953-cü ildə tacqoyma mərasimindən sonra sikkələr üzərində zərb edilib.
Mənbə: rbc.ru
BƏNZƏR MƏQALƏLƏR
-
İlham Əliyev Kəlbəcərdə “Qamışlı” Kiçik Su Elektrik Stansiyasının açılışında olub – FOTO
Mayın 27-də Kəlbəcər rayonunda “Qamışlı” Kiçik Su Elektrik Stansiyasının açılışı olub. AZƏRTAC xəbər verir ki, […]
-
Ermənipərəst senatoru hansı cəza gözləyir? – Xəbərlərin 17:00 buraxılışı
Baku TV-nin efirində xəbər vaxtıdır. “Türk xalqı bu qardaş köməyini heç vaxt unutmayacaq”. Ərdoğan Prezident […]
-
İlham Əliyev Laçın rayonunda “Qorçu” yarımstansiyasının açılışında iştirak edib – FOTO
Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonuna səfərə gəlib. AZƏRTAC xəbər verir ki, dövlətimizin […]