Kamçatkadakı vulkanın buxar-qaz “cəhənnəm”indən nəfəs kəsən görüntülər – FOTO/VİDEO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Kamçatkadakı vulkanın buxar-qaz “cəhənnəm”indən nəfəs kəsən görüntülər – FOTO/VİDEO

Sosial şəbəkələrdə Kamçatkadakı aktiv Şiveluç vulkanının buxar-qaz “cəhənnəm”indən görüntülər paylaşılıb.

Kadrları Rusiyanın Vulkanologiya və Seysmologiya İnstitutunun alimləri çəkiblər. Videoda vulkanın yarıqlarından və çatlarından səmaya ağ buxar buludlarının qalxdığı görünür.

Mütəxəssislər güclü buxar və qaz aktivliyinin bu yaxınlarda ərazidə baş verən silsilə zəlzələlərdən sonra kəskin şəkildə artdığını qeyd ediblər.

Qeyd edək ki, Kamçatka vulkanları UNESCO-nun Dünya İrsi Siyahısındadır. Bir müddət əvvəl xəbər yayılıb ki, Rusiya dünyanın ən görkəmli vulkanik bölgələrindən birinin bu addan məhrum edilməsinin qarşısını almaq üçün 15 milyard rubldan (263,4 milyon manat) çox investisiyadan imtina edib.

Mənbə: RT

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top