Kamçatkadakı Şiveluç vulkanı bir gündə iki dəfə kül püskürüb
Bakı, 18 avqust, AZƏRTAC
Rusiyanın Kamçatka bölgəsində yerləşən Şiveluç vulkanı 4,5 kilometr hündürlüyə kül püskürüb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun Kamçatka vulkan püskürməsinə reaksiya qrupu məlumat yayıb.
Bildirilib ki, partlayışlar nəticəsində Şiveluç vulkanının külü dəniz səviyyəsindən 4,5 kilometr yüksəkliyə qalxıb.
Qeyd edək ki, bu, gün ərzində artıq ikinci kül püskürməsidir. Bir neçə saat əvvəl Şiveluç 5 kilometr hündürlüyə kül püskürmüşdü.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]