Kamala Harris prezidentliyə namizədliyini qəbul edib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Kamala Harris prezidentliyə namizədliyini qəbul edib

Vaşinqton, 21 avqust, AZƏRTAC

ABŞ-nin vitse-prezidenti Kamala Harris Demokratlar Partiyasından prezidentliyə namizədliyini simvolik olaraq qəbul edib.

AZƏRTAC-ın məlumatına görə, partiyanın Çikaqo şəhərində keçirilən milli qurultayı zamanı təmsilçilərin səsvermə mərasimindən sonra onun namizədliyi qəbul etməsinə dair videomüraciəti nümayiş olunub. Harrisin çıxışı qurultayın sonuncu günü, avqustun 22-nə nəzərdə tutulub.

Kamala Harris avqustun əvvəlində keçirilmiş onlayn səsvermə zamanı partiyasının prezidentliyə namizədi kimi rəsmən təsdiqlənmişdi. Demokratlar Partiyasının Çikaqoda keçirilən milli qurultayında bu gün 57 nümayəndə təntənəli səsvermə mərasimində iştirak edərək səslərini təsdiqləyiblər.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top