
Kaliforniyada meşə yanğınları – 16 min nəfər təxliyə olunub
ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları səbəbindən 16 mindən çox insan təxliyə edilib.
Bu barədə yerli təcili tibbi yardım departamentinin “Tvitter” səhifəsində məlumat yayılıb.
“Saat 09:00-a (Bakı vaxtı ilə 20:00) qədər ştatda baş verən yanğınlar təxminən 16 min insanın təxliyə edilməsinə səbəb olub”, – məlumatda belə deyilir.
Yerli icra qurumları sakinlərə müraciətdə bildirib ki, “bir saniyə belə vaxt itirmədən təxliyə olunsunlar, çünki saniyə insan həyatını xilas edə bilər”.
Ştatın qubernatoru Qevin Nyusom qeyd edib ki, Kaliforniya administrasiyası yanğının söndürülməsi üçün federal hökumətdən əlavə vəsait əldə edib.
Hazırda ən böyük təhlükə 112 min hektardan çox ərazini əhatə edən “Dixie” adı verilmiş yanğındır. O, ştatda sahəsinə görə altıncı ən böyük yanğın kimi tanınır. Yanğın Kaliforniyanın şimal-şərqində 1000-dən çox əhalisi olan Qrinvill qəsəbəsindəki evlərin çoxunu məhv edib. Apa
BƏNZƏR MƏQALƏLƏR
-
Yaponiya hökuməti istefa verib
Avqustun 10-da Yaponiya hökuməti Nazirlər Kabinetində yeni təyinatlar ərəfəsində tam tərkibdə istefa verib. Nazirlər Kabinetinin […]
-
Saudi Aramco ABŞ-da yerləşən Valvoline-ın törəmə şirkətini satın alır
Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco”nun ABŞ-da mühərrik yağı və əlavələri istehsalçısı və […]
-
G-20 ölkələrinin ən son inflyasiya dərəcələri açıqlanıb
2022-ci ilin iyul ayında Türkiyədə illik inflyasiya 79,6 faiz təşkil edib. Türkiyə G-20 ölkələri liqasında […]