İtaliyanın Lampeduza adasına bir gündə 450-dək miqrant gəlib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İtaliyanın Lampeduza adasına bir gündə 450-dək miqrant gəlib

Roma, 25 avqust, AZƏRTAC

İtaliyanın cənubundakı Lampeduza adasına ötən sutka ərzində səkkiz qayıqda ümumilikdə 450-dək miqrant gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Qırmızı Xaç Cəmiyyəti məlumat yayıb.

Bildirilir ki, ötən gecədən etibarən adaya kiçik qayıqlarla gələn miqrantlar qəbul edilib. Onların bəziləri adanın sahillərində İtaliya maliyyə polisi və Sahil Mühafizə Xidmətinin patrul gəmiləri tərəfindən xilas olunub. Mühacirlərin bir hissəsi isə qayıqlarla adaya çata bilib.

Əksəriyyəti Banqladeş, Misir, Nigeriya, Eritreya, Efiopiya, Pakistan, Suriya, İran, İraq və Əfqanıstan vətəndaşları olan miqrantların Mərakeş, Tunis, Əlcəzair, Türkiyə və Liviyadan müxtəlif qayıqlarla yola çıxdıqları bildirilib. Onlar ilkin tibbi müayinədən sonra adadakı düşərgələrə aparılıblar.

İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, ilin əvvəlindən bəri ölkəyə 38190, təkcə avqust ayında isə 4734 miqrant gəlib.

 

Nihad Budaqov

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top