İtaliyada koronavirus əleyhinə 140 milyon dozadan çox peyvənd tətbiq edilib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İtaliyada koronavirus əleyhinə 140 milyon dozadan çox peyvənd tətbiq edilib

Roma, 12 avqust, AZƏRTAC

Bu vaxtadək İtaliyada COVID-19 infeksiyası əleyhinə 140 milyon dozadan çox peyvənd tətbiq olunub.

AZƏRTAC xəbər verir ki, 2020-ci il dekabrın 27-dən etibarən aparılan vaksinasiya kampaniyası çərçivəsində indiyədək ölkədə 140 milyon 15 min 378 doza peyvənd vurulub. Birinci doza peyvənd qəbul edənlərin sayı 49 milyon 420 min 883 nəfər (12 yaşdan yuxarı əhaliyə nisbəti 91,53 faizdir), hər iki doza peyvəndlərini tamamlayanların sayı 48 milyon 675 min 62 nəfərdir (peyvənd olunanların 12 yaşdan yuxarı əhaliyə nisbəti 90,15 faizdir).

Keçən il sentyabrın 20-dən etibarən ümumilikdə 40 milyon 36 min 363 doza əlavə peyvənd tətbiq edilib, 2 milyon 734 min 416 nəfərə isə ikinci “buster” doza vaksin vurulub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

AZERTAG.AZ :İtaliyada koronavirus əleyhinə 140 milyon dozadan çox peyvənd tətbiq edilib

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top