İtaliyada Etna və Stromboli vulkanları püskürür – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İtaliyada Etna və Stromboli vulkanları püskürür

Bakı, 6 iyul, AZƏRTAC

İtaliyada Etna və Stromboli vulkanlarının püskürməsi nəticəsində Aralıq dənizindəki Siciliya adasında xəbərdarlıq səviyyəsi yüksəlib və Kataniya hava limanı müvəqqəti bağlanıb.

AZƏRTAC İtaliya mediasına istinadla xəbər verir ki, İtaliyanın Mülki Müdafiə Agentliyi Stromboli vulkanına görə ən yüksək həyəcan səviyyəsi elan edib, vəziyyətin daha da pisləşə biləcəyi barədə xəbərdarlıq edib.

Mülki müdafiə naziri Nello Musumeçi Strombolinin “müşahidə altında olduğunu” bildirərək səlahiyyətlilərin fövqəladə vəziyyət halında evakuasiya planları hazırladığını əlavə edib.

Adada yanğınsöndürənlərin sayının iki dəfə artırıldığı bildirilib.

“Kataniya hava limanında uçuş-enmə zolağı vulkanik kül səbəbindən yararsızdır. Uçuşların gəliş-gedişi dayandırılıb”, – deyə hava limanının açıqlamasında deyilir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top