
İtaliya A seriyasında Çempionlar Liqası uğrunda mübarizə qızışır
Bakı, 7 may, AZƏRTAC
Futbol üzrə İtaliya A seriyasında çempion bəlli olsa da, Çempionlar Liqasına düşmək uğrunda gərgin mübarizə davam edir.
AZƏRTAC xəbər verir ki, hazırda 6 komanda – “İnter”, “Milan”, “Yuventus”, “Latsio”, “Roma” və “Atalanta” klubları qitənin ən nüfuzlu klub turnirinə vəsiqə qazanmağa iddialıdır.
Mayın 6-da bu altı komandadan 4-ü – Milan və Roma klubları üz-üzə gəliblər. Belə ki, “Milan” öz meydanında “Latsio”nu qəbul edib və oyundan 2:0 hesablı qələbə ilə ayrılıb. Milanın digər təmsilçisi “İnter” isə səfərdə rəqibindən eyni hesabla üstün olub.
Beləliklə, 34 turdan sonra “Latsio” 64 xalla ikinci pillədə qərarlaşıb. Ondan bir oyun az keçirən “Yuventus” 63 xalla üçüncüdür. “İnter” isə 63-xalla dördüncü, “Milan” 61 xalla beşinci pillədədir. Turnir cədvəlində altıncı və yeddinci pillələrdə 58 xalla “Roma” və “Atalanta” qərarlaşıblar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Ermənistanın törətdiyi son təxribatlar sülh danışıqları istiqamətində aparılan fəaliyyətə qarşı yönəlib – Şərh
Bakı, 28 may, AZƏRTAC Mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən […]
-
Ağ Ev və Respublikaçılar milli borcla bağlı razılığa gəliblər
Bakı, 28 may, AZƏRTAC Ağ Evin nümayəndələri və respublikaçı konqresmenlər ölkədə defoltun qarşısını almaq üçün […]
-
İtaliya ən azı 15 milyon doza COVID-19 peyvəndini məhv edəcək
Bakı, 28 may, AZƏRTAC İtaliyada ən azı 15 milyon doza koronavirus peyvəndi məhv ediləcək. AZƏRTAC […]