İsveç klubunun baş məşqçisi: Musa Qurbanlıya ehtiyatda qalmasının səbəbini izah etmişik
Bakı, 6 iyun, AZƏRTAC
“Musa Qurbanlıya ehtiyatda qalmasının səbəbini izah etmişik. Futbolçu bununla bağlı lazımi məlumatı alıb”.
AZƏRTAC xəbər verir ki, bu sözləri İsveçin “Yurqorden” komandasının baş məşqçisi Tomas Lagerlöf Musa Qurbanlının ehtiyatda qalması ilə bağlı yerli mətbuata açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, əsas və ya U-21 komandasında meydana çıxdığı hər oyun 22 yaşlı hücumçu üçün özünü sübut etmək baxımından bir şansdır: “Yaxşı çıxış etsəniz, bu sizi uğura yaxınlaşdıracaq. Yenə deyirəm, biz bütün oyunçuların siyahıda olmasını istərdik, amma kimisə seçmək lazımdır. Bu halda isə rəqabətli vəziyyət yaranır. Təbii ki, hər yaxşı nəticə onun əsas heyətdəki yerini daha da möhkəmlədir”.
Qeyd edək ki, Musa Qurbanlı “Yurqorden”ə ötən ilin yayında “Qarabağ”dan keçib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]