İsveç hökuməti kənd təsərrüfatı subyektlərində spirtli içki ticarətinin bərpasını təklif edib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İsveç hökuməti kənd təsərrüfatı subyektlərində spirtli içki ticarətinin bərpasını təklif edib

Stokholm, 6 iyun, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç hökuməti daha əvvəl qadağan edilmiş özəl təsərrüfatlarda spirtli içki ticarətinin mümkün tətbiqi barədə bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, hakim partiyalar fermerlərin İsveçin “Systembolaget” alkoqol inhisarı ilə rəqabətindən ehtiyat edərək, bu məsələni üç dəfə nəzərdən keçiriblər.

Sosial işlər naziri Yakob Forssmedin fikrincə, bu yay təqdim ediləcək təklif “Systembolaget”in fəaliyyətinə zərər gətirməməlidir.

“Alkoqol almaq üçün fermaya baş çəkmək pullu olacaq. Beləliklə, söhbət pərakəndə satışdan yox, ziyarətin artıq pullu olacağı qonaqpərvərlik sənayesindən gedir”, – deyə Forssmed mətbuat konfransında bildirib.

Baş nazir Ulf Kristersson kənd təsərrüfatı subyektlərindəki bu ticarəti “azadlıq islahatı” adlandırıb.

Təklif 600 istehsalçını əhatə edəcək və bütün alkoqollu içkilərə şamil olunacaq. Fermalarda alkoqol satışını “kustar və kiçik ticarət” adlandıran Yakob Forssmedin sözlərinə görə, istehsalçı ilə “Systembolaget” arasında əhəmiyyətli fərq olacaq.

Layihəyə görə, adambaşına 0,7 litr spirtli içki və üç litr şərab, alkoqollu pivə almağa icazə veriləcək. Əhalinin sağlamlığının qorunması məqsədilə bəzi tədbirlər tətbiq ediləcək. İstehsalçılar alkoqollu içkinin yaratdığı “risklər və zərərli təsirlər” barədə alıcılara məlumat verməlidirlər.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top