
İstehlakçı hüquqları sahəsində gənc nəslin maarifləndirilməsi məqsədi ilə seminar keçirilmişdir
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən economic-ə verilən məlumata görə, Dövlət Xidmətinin təşkilatçılığı ilə “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda növbəti belə tədbir aprelin 27-də Bakı Rabitə və Nəqliyyat Kollecində keçirilmişdir.
Təhsil müəssisəsinin 200-dən çox müəllim və tələbələrinin iştirak etdiyi seminarda iştirakçılara istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik barədə məlumat verilmiş, istehlakçı hüquqlarının təmin olunmasında dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılmışdır. “İstehlakçıların hüquqları və onların qorunması sahəsində görülən işlər”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir” mövzusunda mühazirələrlə çıxış edən Dövlət Xidməti əməkdaşları istehlakçıların hüquqlarının müdafiəsi, eyni zamanda istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin xüsusi əhəmiyyətindən danışmış, Dövlət Xidməti tərəfindən bu sahədə həyata keçirilən işlər barədə məlumat vermişlər.
Tədbir çərçivəsində iştirakçıların istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılmış, onlara istehlakçı hüquqlarına dair müxtəlif maarifləndirici materiallar paylanmışdır.
BƏNZƏR MƏQALƏLƏR
-
Xızıda KOB dostu fəaliyyətə başlayıb – FOTO
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB dostları artıq ölkənin 35 şəhər və rayonunu […]
-
Rusiyanın Türkiyəyə yatıracağı investisiya Azərbaycana hansı yolları açacaq? – İqtisadçıların RƏYİ + FOTO
“Financial Times” nəşri Türkiyə-Rusiya münasibətləri barədə daha bir məqalə dərc edib. Yazıda Türkiyənin getdikcə Rusiyanın […]
-
“Qarabağ” Çempionlar Liqasından nə qədər qazanacaq?
“Qarabağ” Çempionlar Liqasında qrup mərhələsinə düşərsə, 15,64 milyon avro qazanacaq. “Footballtransfers”in məlumatına görə, Ağdam təmsilçisi […]