
İstanbulun potensial zəlzələ zamanı ən təhlükəli 15 bölgəsinin adı açıqlandı
Türkiyənin Fövqəladə Hallar İdarə edilməsi Agentliyi (AFAD) İstanbulda gözlənilən güclü zəlzələ baxımından şəhərin ən təhlükəli 15 bölgəsini rəsmi olaraq müəyyən edib.
Bu bölgələrdə qruntun (torpağın) mayeləşməsi riskləri nəzərdə tutulur.
Yıldız Texniki Universitetinin dosenti Yurdakul Ayqermezin bununla bağlı verdiyi açıqlamaya görə, heç bir tikili üzərində dayandığı torpaq nəzərə alınmadan etibarlı və dayanıqlı adlandırıla bilməz. “Ona görə də binanı torpaqla birlikdə araşdırmaq lazımdır”, – deyə o qeyd edib.
Yurdakul Ayqermez xatırladıb ki, fevralın 6-da baş verən zəlzələlər zamanı Hatay vilayətinin Antakya və Adıyamanın Gölbaşı rayonlarında evlərin uçmasına səbəb torpağın mayeləşməsi olub. Orada binalar bünövrəsi yuyulduqdan sonra yan tərəfə əyilib.
İstanbulda bir neçə sahil zonası bu baxımdan təhlükə yaradır ki, onların arasında Avcılar, Bakırköy, Başakşehir, Bahçelievler, Beylikdüzü, Büyükçekmece, Küçükçekmece, Maltepe, Pendik, Sultanbeyli, Tuzla, Üsküdar, Fatih, Esenler, Esenyurt kimi ərazilər var. Bu rayonlarda bəzi tikililərin müəyyən hissəsi allüvial qruntlar üzərində (daşqın yataqlarında) inşa olunub.
Mənbə: “Yeni Şafak”
BƏNZƏR MƏQALƏLƏR
-
Alimlər “sehrli dairələr”in qlobal atlasını tərtib ediblər – VİDEO
Əvvəllər hesab olunurdu ki, “sehrli dairələr” adlanan qeyri-adi təbiət hadisəsinə yalnız Afrikanın cənub-qərbindəki Namib səhrasında […]
-
Asan yolla arıqlamaq istəyənlər üçün yeni trendin təhlükələri barədə xəbərdarlıq edildi – FOTO
Ev işləri görmək və eyni zamanda fiquru yaxşılaşdırmaq üçün məşq etmək hər kəsin xəyalıdır. Bir çox […]
-
Avstraliyada 11-16 milyon il əvvəl yaşamış nəhəng hörümçəyin izini tapdılar – FOTO
Alimlər Avstraliyanın Yeni Cənubi Uels əyalətindəki Makqrats-Fletdə aparılan qazıntılar zamanı mükəmməl qorunub saxlanmış daşlaşmış hörümçəyin […]