İsrailə məxsus təyyarə qəza enişi edib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İsrailə məxsus təyyarə qəza enişi edib

Bakı, 20 avqust, AZƏRTAC

Tel-Əviv-Larnaka reysini yerinə yetirən sərnişin təyyarəsi geri qayıdıb.

AZƏRTAC “Phileleftheros” nəşrinə istinadla xəbər verir ki, Kiprə uçan təyyarə kreyser sürətini yığdıqdan sonra pilot kabinəsindəki şüşələrdə çat əmələ gəlib. Gəmi komandiri geri qayıtmağa qərar verib.

Hava gəmisi İsrailin paytaxtına təhlükəsiz şəkildə enib. Uçuş heyəti və sərnişinlər arasında xəsarət alan yoxdur. Sərnişinlər başqa təyyarə ilə təyinat aeroportuna yola salınıb.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top