
İspaniyada Pikassonun “Gernika” əsərinin fotoçəkilişinə qoyulmuş 30 illik qadağa ləğv edilib
İspaniyanın Madrid şəhərindəki kraliça Sofia Muzeyinin yeni rəhbərliyi Pablo Pikassonun “Gernika” əsərinin fotoçəkilişinə qoyulan qadağanı aradan qaldırmaq qərarına gəlib. Bu qadağa 1992-ci ildən qüvvədə idi.
İncəsənət əsərini fotokameranın işığı ilə zədələməmək üçün foto çəkməyə icazə verilmirdi. Bu qadağanı ləğv etməklə qalereya yeni ziyarətçilər cəlb etmək istəyir. İlk növbədə, söhbət “dünyanı hər cür ekran vasitəsilə dərk edən” gənclərdən gedir.
Qeyd edək ki, Gernika 1937-ci il aprelin sonunda nasistlər tərəfindən dağıdılmış Bask şəhəridir. Ümumilikdə, təyyarələr yaşayış məntəqəsinə 22 ton bomba atıb. Şəhərin mərkəzi demək olar ki, yer üzündən silinib, binaların 70%-dən çoxu tamamilə və ya qismən dağılıb, 1600 nəfər həlak olub. Pikasso bu əsəri İspaniya hökumətinin sifarişi ilə yaradıb. Sənətçi əsəri may ayında təqdim edib. Hündürlüyü 3,5 metr və eni 7,8 metr olan nəhəng kətan üzərində olan əsəri rəssam bir ay ərzində ağ-qara rəngli yağlı boya ilə çəkib. Əsər 90-cı illərin əvvəllərindən bəri kraliça Sofia Muzeyində daimi nümayiş etdirilir.
Mənbə: Mir24
BƏNZƏR MƏQALƏLƏR
-
Alimlər “sehrli dairələr”in qlobal atlasını tərtib ediblər – VİDEO
Əvvəllər hesab olunurdu ki, “sehrli dairələr” adlanan qeyri-adi təbiət hadisəsinə yalnız Afrikanın cənub-qərbindəki Namib səhrasında […]
-
Asan yolla arıqlamaq istəyənlər üçün yeni trendin təhlükələri barədə xəbərdarlıq edildi – FOTO
Ev işləri görmək və eyni zamanda fiquru yaxşılaşdırmaq üçün məşq etmək hər kəsin xəyalıdır. Bir çox […]
-
Avstraliyada 11-16 milyon il əvvəl yaşamış nəhəng hörümçəyin izini tapdılar – FOTO
Alimlər Avstraliyanın Yeni Cənubi Uels əyalətindəki Makqrats-Fletdə aparılan qazıntılar zamanı mükəmməl qorunub saxlanmış daşlaşmış hörümçəyin […]