İspaniyada mağarada Avropanın ən qədim ayaqqabısı tapılıb – FOTO
İspaniyanın cənubunda yerləşən Əndəlus muxtar bölgəsində 19-cu əsrdə bir mağarada tapılan ayaqqabının araşdırmalar nəticəsində “Avropanın ən qədim ayaqqabısı” olduğu müəyyən edilib.
Mədənçilərin kəşf etdiyi “Cueva de los Murcielagos” mağarasında tapılan əşyaların tarixi ilə bağlı yeni araşdırma aparılıb.
Sözügedən araşdırmada mağarada tapılan otdan düzəldilmiş ayaqqabının təxminən 6 min il yaşı olduğu və “Avropanın ən qədim ayaqqabısı” olduğu qeyd edilib.
Araşdırmalar zamanı mağarada tapılan 76 əşyanın vəziyyətinin aşağı rütubət və soyuq hava nəticəsində inanılmaz dərədəcə yaxşı qaldığı və bu əşyaların bəzilərinin təxminən 9 min il yaşı olduğu müəyyən edilib.
“Bunlar bitki liflərindən hazırlanmış və Cənubi Avropada indiyə qədər məlum olan ən qədim və ən yaxşı qorunan obyektlərdir”, – deyə tədqiqatçı Maria Herrero Otal bildirib.
Mənbə: BBC
BƏNZƏR MƏQALƏLƏR
-
İnsan ilk dəfə okeanda sahildən ən ucqar nöqtəyə çatdı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz 2024-cü ildə ata və oğuldan (Kris və Mik […]
-
ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, […]
-
Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə […]