İsmayıllıda Sahibkarların hüquqlarının müdafiəsinə dair tədbir keçirilib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İsmayıllıda Sahibkarların hüquqlarının müdafiəsinə dair tədbir keçirilib

İyunun 3-də İsmayıllıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Sahibkarların hüquq və mənafelərinin müdafiəsi” mövzusunda tədbir keçirilib. Economic-ə verilən məlumata görə, tədbirdə İqtisadiyyat və Ədliyyə nazirliklərinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Beynəlxalq Maliyyə Korporasiyasının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlar iştirak edib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov rayonda yaradılan yeni infrastruktur obyektləri, istehsal və xidmət müəssisələri barədə məlumat verib və rayonun sosial-iqtisadi inkişafında özəl sektorun rolunu vurğulayıb. İcra başçısı ölkədə həyata keçirilən iqtisadi islahatların hər bir bölgədə olduğu kimi, İsmayıllıda fəaliyyət göstərən sahibkarların hüquqlarının səmərəli müdafiəsinə zəmin yaratdığını bildirib, iş adamlarının hüquqlarının qorunmasında maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar paketi çərçivəsində sahibkarlığın inkişafı ilə bağlı qəbul edilən qərarların iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından önəmini vurğulayıb. Elçin İbrahimov sahibkarlığın inkişafı istiqamətində atılan addımlar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə dövlət başçısının Fərmanından irəli gələn vəzifələrin icrası istiqamətində görülən işləri diqqətə çatdırıb. Bildirilib ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziya və icazələrin sayının və rüsumların köklü şəkildə azaldılması, sənədlərin alınma prosedurlarının sadələşdirilməsi sahibkarlığın inkişafına əlavə stimul verir. Tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiqi, investisiya təşviqinin artırılması məqsədilə vergi və gömrük güzəştləri, qeyri-neft ixrac təşviqinin ödənilməsi və əlavə dəstək mexanizmlərinin yaradılması sahibkarlığın inkişafı baxımından əhəmiyyətlidir. Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması sahibkarların hüquqlarının daha etibarlı qorunmasına xidmət edir.

İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdir müavini Ayaz Qədirov tədbirdə iştirak edən iş adamlarına investisiya təşviqi sənədinin verilməsi qaydası, investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri, sənədin forması, müraciət qaydasını izah edib, sualları cavablandırıb.

Ədliyyə Nazirliyinin nümayəndəsi Anar Quliyev sahibkarların hüquq və mənafelərinin qorunması sahəsində qanunvericilik, həmçinin sahibkarlıq sahəsində aparılan yoxlamaların təşkili və aparılması qaydaları, yoxlamaların təşkili ilə bağlı risklərin idarə edilməsi barədə məlumat verib.

Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top