
“İsmayıllı -1” KSES-də 1,1 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib
“İsmayıllı-1” kiçik su elektrik stansiyasında (KSES) 2016-cı ilin birinci rübü ərzində 1,1 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. Mart ayında isə burada elektrik enerjisi istehsalı 421 min kilovat-saata yaxın olub.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, kiçik çaylarda stansiyaların tikintisi davam etdirilir. Gücü 1,5 meqavat olan “Balakən-1” KSES istismara tam hazırdır və bu stansiyalarda test rejimində elektrik enerjisi istehsal edilir. Gücü 1,6 meqavat olan “İsmayıllı-2”, gücü 0,3 meqavat olan “Astara-1”, ümumi gücü 3,6 meqavat olan “Oğuz” su elektrik stansiyalarının tikintisi başa çatmaq üzrədir.
İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında inşa edilən bu stansiyanın ümumi layihə gücü 1,6 meqavat olan üç hidroturbin və üç hidrogeneratordan ibarətdir. Burada 10 kilovoltluq yarımstansiya tikilib və elektrik ötürücü xətlər çəkilib. Yekunda İsmayıllı Su Elektrik Stansiyası ümumi gücü 3,2 meqavat olan kiçik su elektrik stansiyaları silsiləsini təşkil edəcək. Bu KSES ildə 8 milyon kilovat-saat elektrik enerjisi istehsal etmək imkanına malikdir.
BƏNZƏR MƏQALƏLƏR
-
Qarabağın təbiət möcüzəsi: Şuşanın Çətir şəlaləsi buz bağlayıb – FOTO
Azərbaycanın Şuşa şəhərinin yaxınlığında, Daşaltı dərəsində yerləşən Çətir şəlaləsi 30 ilə yaxın düşmən işğalı altında […]
-
Metroda qoluna iynə batırılan qızı üç gün sonra Meksika çöllərindən çılpaq tapdılar – FOTO/VİDEO
Yoldan keçən şəxs çöllükdə zibil torbasının içində çılpaq və əlləri bağlı yeniyetmə qız tapıb. 16 yaşlı […]
-
“Şagirdlərin Forum Teatrı” layihəsi çərçivəsində təlimlər və Usdad dərsləri təşkil edilib
“Şagirdlərin Forum Teatrı” – incəsənət əsaslı öyrənmə metodla məktəbdə yaradıcı mühitin inkişafı və sosial problemlərin […]