İslandiyada vulkan püskürməsi başlayıb, əhali təxliyə edilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İslandiyada vulkan püskürməsi başlayıb, əhali təxliyə edilib

Bakı, 23 avqust, AZƏRTAC

İslandiyanın Reykyanes yarımadasında vulkan püskürməsi başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə RUV teleradio şirkəti məlumat yayıb.

Hakimiyyət fövqəladə rejim elan edib. Səlahiyyətlilər Qrindavik şəhərinidən əhalini təxliyə edib.

İslandiya ərazisində 33 aktiv vulkanik sistem var. Reykjanes yarımadasında 2021-ci ilin martında, 2022-ci ilin avqustunda, 2023-cü ilin iyulunda, 2024-cü ilin yanvar, mart və may aylarında püskürmə baş verib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top