İşğaldan azad edilmiş ərazilərdə aparılan dövlət torpaq kadastr uçotu işləri açıqlanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində dövlət torpaq kadastr uçotu işləri davam etdirilir.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Yerquruluşu işləri çərçivəsində indiyə qədər 718 406,5 ha ərazidə çöl ölçmə işləri aparılıb. Zəngilan (70 860 ha), Qubadlı (79 876 ha), Kəlbəcər (195 406 ha), Cəbrayıl (104 936,5 ha) və Laçın (177 417 ha) rayonları üzrə işlər yekunlaşdırılaraq müvafiq kadastr sisteminə miqrasiya olunub, Füzuli (45 636 ha) və Ağdam (44 275 ha) rayonları üzrə isə işlər davam etdirilir”, – deyə o qeyd edib.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə dövlət torpaq #kadastr uçotu işləri davam etdirilir. Yerquruluşu işləri çərçivəsində indiyədək 718.406,5 ha ərazidə çöl… pic.twitter.com/7F44D24ZlH
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 18, 2023
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]