
İrlandiyada çimərlikdə yaranan müəmmalı dəlik yerli sakinləri heyrətə gətirib
İrlandiyada çimərliklərdən birində yaranan sirli dəlik yerli sakinləri çaş-baş qoyub. İnsanlar onun nə üçün nəzərdə tutulduğunu anlamağa çalışırlar.
Çuxur itini sahildə gəzdirən bir kişi tərəfindən aşkar edilib. O, əmindir ki, bu, meteorit düşməsindən yaranan kraterdir və hətta yaxınlıqda onun fikrincə, kosmosdan gələn qara daş da tapıb. Xəbəri çimərliyə gələn yerli jurnalistlər KİV-də yayıblar.
Yerli sakinlər çuxurun necə meydana gəlməsi ilə bağlı öz nəzəriyyələrini irəli sürməyə başlayıblar. Lakin müzakirədə iştirak edənlərin bir qismi hesab edir ki, onu it sahibinin özü və ya başqası diqqəti cəlb etmək üçün qazıb çıxarıb.
Mənbə: “The İndependent”
BƏNZƏR MƏQALƏLƏR
-
Alimlər “sehrli dairələr”in qlobal atlasını tərtib ediblər – VİDEO
Əvvəllər hesab olunurdu ki, “sehrli dairələr” adlanan qeyri-adi təbiət hadisəsinə yalnız Afrikanın cənub-qərbindəki Namib səhrasında […]
-
Asan yolla arıqlamaq istəyənlər üçün yeni trendin təhlükələri barədə xəbərdarlıq edildi – FOTO
Ev işləri görmək və eyni zamanda fiquru yaxşılaşdırmaq üçün məşq etmək hər kəsin xəyalıdır. Bir çox […]
-
Avstraliyada 11-16 milyon il əvvəl yaşamış nəhəng hörümçəyin izini tapdılar – FOTO
Alimlər Avstraliyanın Yeni Cənubi Uels əyalətindəki Makqrats-Fletdə aparılan qazıntılar zamanı mükəmməl qorunub saxlanmış daşlaşmış hörümçəyin […]