İrandan kartofun idxalına qoyulan qadağa bahalaşma yaradacaq? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İranda fəaliyyət göstərən bəzi şirkətlərdən ərzaqlıq kartof məhsulunun idxalına müvəqqəti qadağa qoyulub.
“Xezerxeber.az” xəbər verir ki, səbəb məhsuldan götürülən nümunələrdə karantin tətbiq edilən zərərli orqanizm – halqavari bakterial çürümə xəstəliyi və kartofun qonur çürümə bakteriyasının aşkarlanmasıdır.
Nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında yoxlanılıb.
Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Qeyd olunan ixracatçıların ərzaqlıq kartof məhsulunun ölkəmizə idxalına müvəqqəti qadağa qoyulub və İranın aidiyyəti qurumuna müvafiq bildirişlər göndərilib.
Alıcılar isə daha çox yerli məhsullara üstünlük verdiklərini deyirlər:
Ekspertlər hesab edirlər ki, İrandan Azərbaycan bazarına gətirilən kartofun digər xarici ölkələrlə müqayisədə bazar payı azdır. Kartof bazarındakı qiymətlərdə isə kəskin artım gözlənilmir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]