“İqtisadiyyatının inkişafı ilə bağlı yeni ixtisaslar yarana bilər” – AÇIQLAMA + FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“İqtisadiyyatının inkişafı ilə bağlı yeni ixtisaslar yarana bilər” – AÇIQLAMA + FOTO

Ötən günlərdə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1 454 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1 198 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.

Bəs görəsən, orta ixtisas təhsili müəssisələrinə tələbat hansı səviyyədədir? Orta ixtisas təhsili müəssisələrinə plan yerləri artırıla bilərmi?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucovun sözlərinə görə, orta ixtisas təhsili müəssisələrinə ehtiyac var:

“Orta ixtisas təhsil müəssisələri dünyanın hər yerində var. Dünyanın bütün ölkələrində ən önəmli təhsil pilləsindən biridir. Tələbat da kifayət qədərdir.

Orta ixtisas təhsil müəssisələrində plan yerlərinin və ixtisasların sayının artırılması Nazilər Kabinetinin səlahiyyətindədir. Nazirlər Kabineti plan yerləri ilə bağlı qərar verərkən, müvafiq qurumların və dövlətin ehtiyaclarını nəzərə alır”.

Ekspert qeyd edib ki, növbəti illərdə orta ixtisas təhsili müəssisələrində plan yerləri arta bilər:

“Hazırda mümkün deyil. Növbəti illərdə həm ixtisas, həm də plan yerlərinin sayı artırıla bilər. Hətta yeni ixtisaslar tətbiq oluna bilər. Bu məsələlər Əmək Məcəlləsinə görə müəyyən edilir”.

“Orta ixtisas təhsili ilə bağlı qəbul olunan qərarlar müsbətdir. Orta ixtisas təhsili müəssisələrinin bir çoxu universitetlərin nəzdində fəaliyyət göstərir. Baza kimi funksiyaları həyata keçirir. Orta ixtisas müəssisəsini bitirən şəxs subbakalavr olaraq ali təhsil müəssisəsində təhsilini davam etdirə bilir.

Bununla yanaşı beynəlxalq keyfiyyət nəzərə alınır. Azərbaycanın iqtisadiyyatının inkişafı ilə bağlı yeni ixtisaslar yarana bilər. Orta ixtisas təhsili müəssisələri perspektiv baxımdan inkişafı müəyyənləşdirilir. Bütövlükdə həm tələbat, həm maraq, həm də ehtiyac var”, – deyə İ.Orucov qeyd edib.

Nəzrin Vahid

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top