
İqtisadiyyat Nazirliyinin yeni Çağrı Mərkəzi – 195-1 fəaliyyətə başladı
Vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına (Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə Nazirlik üzrə vahid platforma – 195-1 Çağrı Mərkəzi yaradılıb. İqtisadiyyat Nazirliyi və qurumlarına “195-1” qaynar xətti vasitəsilə ölkənin istənilən regionundan birbaşa zəng etmək olar. Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir.
4 may 2022-ci il tarixindən etibarən 195-1 Çağrı Mərkəzi iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərir.
BƏNZƏR MƏQALƏLƏR
-
Bu il iyulun 1-dən etibarən deputata hər ay vəzifə maaşı, vəzifə maaşına əlavə və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün verilən vergilərdən azad olunan pul təminatı ləğv olunub
Habelə, Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və […]
-
“Uludağ” Turizm və İstirahət kompleksi MMC-yə 400 min AZN məbləğində güzəştli kredit verildi – FOTO
Regional turizmin inkişafına dəstək məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən Qax rayonunun İlisu kəndi ərazisində yerləşən […]
-
DSMF-nin builki büdcəsinə dəyişikliklər EDİLDİ
Prezident İlham Əliyev “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik […]