
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Quba rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır
ECONOMİC.AZ: İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2016-cı il mayın 12-də Quba rayonunun Barlı kəndində işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması;
- müasir meyvə-tərəvəz emalı zavodunun yaradılması;
- intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının yaradılması;
- çörək və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]
BƏNZƏR MƏQALƏLƏR
-
Çörəyin qiymətində artım gözlənilir
Azərbaycanda yaxın günlərdə çörəyin qiymətində artım gözlənilir. Oxu.az xəbər verir ki, artımın 5 qəpik civarında […]
-
SOCAR və “QazMunayQaz” transxəzər infrastrukturunun inkişafı üzrə əməkdaşlığı müzakirə edib – FOTO
“QazMunayQaz” (QMQ) SC-nin İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyevlə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti […]
-
Bölgələrdə iqtisadi subyektlərin yaradılması əhalinin rifahına müsbət təsir göstərəcək
Müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda dövlət quruculuğu və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ardıcıl işlər görüldü. Azərbaycan […]