İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 1400-ə yaxın, indiyədək isə 53 minə yaxın müraciət edilib. - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 1400-ə yaxın, indiyədək isə 53 minə yaxın müraciət edilib.

2016-cı ilin aprel ayında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 1400-ə yaxın, indiyədək isə 53 minə yaxın müraciət edilib.

Nazirliyin mətbuat xidmətindən economic-ə verilən məlumata görə, müraciətlər əsasən, sahibkarlığın inkişafı, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, lisenziyalar, investisiya təşviqi sənədi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi və Nazirliyin səlahiyyətlərinə aid digər məsələlər barədə olub. Mərkəzə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə Nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılıb və müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, 195-2 Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün bütün telefonlardan heç bir koddan istifadə etmədən 195 nömrəsinə zəng edərək, “2” düyməsini yığmaqla Nazirliyin səlahiyyətlərinə dair məsələlərlə bağlı müraciət etmək olar. Stasionar nömrələrdən “195-2” nömrəsinə edilən zənglər, Çağrı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top