İqtisadiyyat naziri: “Azərbaycan yüksəkgəlirli ölkələr qrupuna daxil olmağı hədəfləyir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanın Milli Prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında qeyri-neft-qaz iqtisadiyyatını daha da inkişaf etdirmək, insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında mövqeyi gücləndirmək, yüksək gəlirli ölkələr qrupuna daxil olmaq hədəflənir”.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda “Dayanıqlı maliyyə və investisiya” mövzusunda keçirilən II Bakı Forumunda bildirib.
Onun sözlərinə görə, strategiyanın icrası bir sıra sahələri inkişaf etdirəcək:
“Strategiyanın icrası nəticəsində ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4%, qeyri-neft qaz ÜDM-in isə illik orta hesabla 5% artımı, habelə özəl sektorun iqtisadiyyatda payının 88%-ə çatdırılması, 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft-qaz ixracının həcminin 85% artırılması hədəflənir. Ümumiyyətlə, dayanıqlı inkişafa nail olunmasında bütün maraqlı tərəflərlə səmərəli əməkdaşlığın və investisiyaların rolu vacibdir. Bu baxımdan forum çərçivəsində istər dövlət, istər qeyri-hökumət təşkilatları, investorlar və beynəlxalq təşkilatlarla aparılacaq müzakirələrin və qurulan əməkdaşlıqların ölkəmizdə “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliy”in icrasına öz müsbət töhfəsini verəcəyinə inanıram”.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]