İqtisadi tənəzzülə görə rekord sayda insan Yeni Zelandiyanı tərk edir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İqtisadi tənəzzülə görə rekord sayda insan Yeni Zelandiyanı tərk edir

Bakı, 14 avqust, AZƏRTAC

İşsizliyin artması, yüksək faiz dərəcələri, zəif iqtisadi artım səbəbindən rekord sayda insan Yeni Zelandiyanı tərk edir.

AZƏRTAC xəbər verir ki, Yeni Zelandiya Statistika İdarəsinin məlumatına görə, 2023-cü ilin iyun ayından 2024-cü ilin iyun ayına qədər olan hesabat dövründə ölkəni 131,2 min nəfər tərk edib ki, bu da rekord göstəricidir. Onların təxminən üçdə biri Avstraliyaya üz tutub.

Eyni zamanda, Yeni Zelandiyaya köçmək istəyən əcnəbi vətəndaşların sayı azalır, bu da iqtisadiyyatın zəifləməsi ilə bağlıdır.

Yeni Zelandiya iqtisadiyyatı Mərkəzi Bankın faiz dərəcələrini 521 baza bəndi artırmasından sonra çətinliklər yaşayır, bu, 1999-cu ildə rəsmi faiz dərəcəsinin tətbiqindən bəri ən aqressiv sərtləşdirmə olub. Birinci rübdə iqtisadiyyatın illik artımı 0,2 faiz təşkil edib, ikinci rübdə işsizlik 4,7 faizə yüksəlib, inflyasiya isə 3,3 faizlə yüksək olaraq qalır. Eyni zamanda, Yeni Zelandiya Hökuməti çox sayda ixtisaslı işçi axtarışındadır.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top