
İqlim dəyişikliyi Avropanı həmişəlik dəyişəcək
İnsan fəaliyyəti iqlimin istiləşməsinə azı son 2000 ildə görünməmiş dərəcədə təsir edir.
Bu nəticəyə İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) 6-cı hesabatında gəlinib.
İqlim dəyişikliyi artıq planetin məskunlaşmış bölgələrinin hamısına təsir edir.
1995-ci ildən 2014-cü ilə qədər Avropanın necə təsnif edildiyinə nəzər salsaq, Şimali Avropada subarktik və okeanik iqlim, Şərqi Avropada əsasən kontinental iqlim, Qərbi və Mərkəzi Avropada kontinental, okeanik və qismən rütubətli subtropik iqlimin qarışığı, Avropanın cənubunda Aralıq dənizi iqlimi üstünlük təşkil etdiyi halda, bəzi ərazilərdə isti yarımquraq iqlim, şimalda isə rütubətli subtropik iqlim üstünlük təşkil edib.
Eyni xəritədə alimlərin 2076-cı ildən iqlim təsnifatı ilə bağlı proqnozlarına görə ilk diqqət çəkən odur ki, Şimali Avropada subarktika iqlimi demək olar tamamilə yox olur.
Bütün regionda kontinental iqlim kəskin şəkildə geri çəkilir, okean iqlimi rütubətli subtropiklə əvəz olunacaq.
Mütəxəssisləri xüsusi narahat edən bir dəyişiklik isə Avropanın cənubunda baş verir, burada səhra ərazilərinin əhəmiyyətli dərəcədə genişlənməsi və yarımquraq iqlim gözlənilir ki, bu da şübhəsiz ki, milyonlarla insana təsir edəcək.
Ekstremal hadisələrin tezliyinin təsirinə misal olaraq İspaniyanın Kataloniya bölgəsini göstərmək olar. Yerli hakimiyyət orqanlarının məlumatına görə, Kataloniya 1905-ci ildə bəri ən pis quraqlıqla üzləşib. Nəticədə Kataloniya 200-dən çox bələdiyyəni əhatə edən su məhdudiyyəti planını tətbiq edib.
Kataloniyada 29 aydır yağış yağmayıb və Barselonanı və bütün metropoliteni qidalandıran əsas su anbarları keçən ay aparılan ölçmələrə görə, tutumlarının yalnız 28%-ni istifadə edir.
Mənbə: Euronews
BƏNZƏR MƏQALƏLƏR
-
Hamiləlik zamanı çatışmazlığı uşaqda şizofreniyaya səbəb ola biləcək vitamin açıqlandı – FOTO
Alimlər hamiləlik zamanı çatışmazlığı uşaqda şizofreniyaya səbəb ola biləcək vitamini müəyyən ediblər. Məlum olub ki, “D” […]
-
Rusiyada qətliam kimi qəza: Yük maşını işıqforda dayanan maşınları “biçdi” – FOTO/VİDEO
Rusiyanın Moskva vilayətində beş maşının toqquşması ilə nəticələnən dəhşətli qəza baş verib. Mıtışi şəhərində baş […]
-
Britni Spirs illər əvvəl “ən təhlükəli heyvan” adlandırdığı anasını bağrına basdı – FOTO
Amerikalı müğənni Britni Spirs qəyyumluq qalmaqalından sonra anası ilə ilk görüşündən danışıb. Bu barədə özünün […]