“iPhone 8” şüşədən olacaq - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“iPhone 8” şüşədən olacaq

“Apple” şirkəti 2017-ci ildə yenidən “iPhone 4” və “iPhone 4s” dizaynına qayıdacaq və öz smartfonlarının korpusunda şüşədən istifadə edəcək.

 

Bu barədə bir qədər əvvəl “Apple” cihazları üçün detallar istehsal edən “Catcher Technology” şirkətinin baş direktoru bildirib. Belə bir qərarın qəbul edilməsinin səbəblərini o, “PhoneArena” nəşrinin jurnalistlərinə danışıb.

 

Hazırda bazarda həddindən artıq metal smartfon mövcuddur. Hətta orta və ucuz qiymət diapazonlu smartfonlar belə daha bahalı materiallardan istehsal olunub. Tədricən istehlakçıların gözündə alüminium artıq qeyri-adi təəssürat belə yaratmır. Jurnalistlər isə alüminiumu “yeni plastik” adlandırmağa başlayıblar.

 

Resursun oxucuları arasında keçirilən sorğu göstərib ki, bu tezislə istifadəçilərin 65 faizi artıq razılaşır. Bu kütlə arasından seçilmək üçün ilk cəhdləri “Samsung” şirkəti edib və özünün korpusunun arxa və ön hissəsi şüşədən olan flaqman smartfonunu istehsal edib.

“iPhone”un son dörd nəsli alüminium korpusa malikdir. Burada şüşə ancaq ön tərəfdə, displeyin matrisasını mühafizə etmək üçün istifadə olunur. Artıq “Apple” də satışlarını canlandırmaq üçün 2017-ci ildən öz smartfonlarının dizaynını dəyişmək qərarına gəlib.

 

Şirkət “iPhone 4” və “iPhone 4s”də olduğu kimi, “iPhone”a şüşə korpusu geri qaytaracaq. Bu cihazlarda arxadan və öndən korpusu tamamilə “Gorilla Glass” şüşəsi qapayırdı. “Yuanta Investment Consulting” şirkətinin analitiki Ceff Punun sözlərinə görə, “iPhone” smartfonlarının satışının azalması fonunda dizaynın dəyişdirilməsi ilə bağlı qərarı şirkətin baş direktoru Tim Kuk verib. Şüşə örtüklü yeni cihaz zahirən daha böyük maraq kəsb edəcək və bu səbəbdən də tələbatı artıra biləcək.

 

Məlumdur ki, bu il “iPhone” dizaynını saxlayacaq və aparat səviyyəsində daha da yaxşılaşdırılacaq. Ancaq 2017-ci ildə dünya şirkətin yeni yubiley “iPhone 8” smartfonunu görə biləcək. Bu smartfon tam olaraq şüşə korpusa malik olacaq, su keçirməyəcək və bir sıra çoxdandır gözlənilən funksiyalarla təchiz ediləcək.

Lent.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top