İnvestisiya Holdinqinə daxil olan dövlət şirkətləri ötən il neçə milyard manat mənfəət əldə ediblər? – RƏSMİ – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İnvestisiya Holdinqinə daxil olan dövlət şirkətləri ötən il neçə milyard manat mənfəət əldə ediblər? – RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2022-ci ildə Azərbaycan İnvestisiya Holdinqinə daxil olan dövlət şirkətlər 15 milyard manatdan çox əməliyyat mənfəət əldə ediblər”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Hansı ki, bu göstərici 2020-ci ildə 4-5 milyard manat ətrafında olub”, – deyə o qeyd edib.

“Qarşıdakı mühüm vəzifələrdən biri dövlət şirkətlərinin fəaliyyətini yenidən qurmaqla onların fəaliyyətinin səmərəsini artırmaq, dövlət büdcəsinə dividend ödənişini aşılamaqdır. Bu, büdcədə öz əksini tapır, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ilə dövlət şirkətlərinin fəaliyyətində əldə olunmuş nəticələrlə köklü bağlıdır. Təsadüfi deyil ki, Holdinqə daxil olan 12 şirkətdən artıq 8-i dividend ödəmək qabiliyyətinə malikdir. Gələn ilin dövlət büdcəsində Dövlət Neft Şirkəti (SOCAR) üzrə dividend ödənişi əhəmiyyətli dərəcədə artıq nəzərdə tutulub. Növbəti illərdə digər dövlət şirkətləri üzrə də dividend siyasətinin hazırlanmasını vacib hesab edirik. Bu istiqamətdə Baş nazirin rəhbərliyi ilə Holdinqin Müşahidə Şurasında işlər həyata keçirilir”, – deyə o qeyd edib.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top