İndoneziyada ildırım və vulkan püskürməsindən möhtəşəm görüntülər – FOTO/VİDEO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İndoneziyada ildırım və vulkan püskürməsindən möhtəşəm görüntülər – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İndoneziyada Ruanq vulkanının püskürməsi fonunda Sulavesi adasındakı hava limanı bağlanıb.

Bu barədə yerli hökumət nümayəndələri xəbər verib.

Bildirilir ki, təbii fəlakətlə əlaqədar 30 mindən artıq insan təxliyə edilir.

Bundan başqa püskürmə nəticəsində sunami təhlükəsi barədə də xəbərdarlıq ediblər.

“Taqulandanq adasındakı icmalar, xüsusən də çimərlik yaxınlığında yaşayanlar vulkanın dənizə çökməsi nəticəsində yarana biləcək qaynar qaya püskürmələri, isti buludlar və sunamilərə hazır olmalıdırlar”, – deyə İndoneziya vulkanologiya agentliyindən xəbər verilib.

Sosial şəbəkələrdə vulkan püskürməsi ilə bağlı möhtəşəm görüntülər yayılıb. Kadrlarda püskürmə ilə yanaşı ildırım çaxması da əks olunub.

Xatırladaq ki, İndoneziyada vulkan aprelin 16-da yerli vaxtla saat 19:19 radələrində püskürüb. Səlahiyyətlilərin dediyinə görə, yaxınlıqdakı kəndlərdə 800-dən çox insan vulkan püskürməsi səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb, bir çoxu kilsələrə və icma mərkəzlərinə sığınıb.

Mənbə: RT

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top